Çatdırılma qaydaları

Dəyərli müştərilər, çatdırılma aşağıda qeyd olunmuş qaydalar üzərində qurulur:

Standart çatdırılma

1. Sifariş sayt üzərində yerləşdirildək sonra, satış təmsilçisi sizinlə əlaqə saxlayır, sifarişi təsdiq etdikdən sonra çatdırılma üçün kuryerə ötürür, öz növbəsində kuryer müştəri ilə əlaqə saxlayaraq çatdırılma ünvanı və hər iki tərəfə uyğun vaxtı təyin edir. Hər iki tərəf uğurlu danışıq apardıqdan sonra, təyin olunmuş yerdə və vaxtda görüşüb, kuryer tərəfindən çatdırılan məhsulu yoxlayaraq alıcı qəbul edir və öz tərəfindən tələb olunan miqdarda ödənişi həyata keçirir. Bağlı halda olan və /və ya istifadə olunmamış məhsullar satış günündən 14 gündən artıq olmayan müddətə qaytarıla bilər. Qaytarılma üçün satış təmsilçisi və ya kuryerlə əlaqə saxlayıb görüş təyin olunmalıdır. İstifadə olunmuş və ya qoruyucu örtüyü sökülmüş məhsullar geri qaytarılmır. Müştəri kuryerin yanında yoxladığı və həmin an problem və ya brak aşkar olunmadığı məhsulların sonradan qaytarılması, əvəzolunması və ya təmirə göndərilməsi üçün satış təmsilçisi ilə əlaqə saxlamalıdır. Qarşılıqlı razılaşma əsasında hər iki tərəfin mənafeyini qorumaq şərti ilə müvafiq tədbirlər görüləcək.